İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib | Bir Haber

Bir Haber

SON DAKİKA

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də...

29 Ocak 2022
İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiyə və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırdı.

Baş katib Kunio Mikuriya Azərbaycanda gömrük xidmətinin yaradılmasının 30 illiyi ərəfəsində Bakıda olmasından məmnunluğunu ifadə etdi, ölkəmizin regionda və dünyada rolunun artması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük sahəsində aparılan islahatlara dəstəyinin davam edəcəyini vurğulayaraq, Azərbaycanın regional inkişaf və nəqliyyat qovşağı mərkəzinə çevrildiyini bildirdi. Kunio Mikuriya Cənubi Qafqaz regionunda yaranmış sabitliyin regional əməkdaşlıq, insanlararası təmaslar və nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd etdi.

Prezident İlham Əliyev ölkəmizin əlverişli coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrildiyini bildirdi və regional bağlantıların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərəfdaş dövlətlərlə ticarət dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirdi. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft sənaye sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğuladı.

Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

kaynak:https://president.az/az/articles/view/55310

 

Etiketler :
Backlink
HABER HAKKINDA GÖRÜŞ BELİRT

Yorum yapabilmek için giriş yapmalısınız.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ
Kürtçe Kitaplar
xxxx porn секс ххх